Yuxarı

Nazirlik Feyzavər xanımla bağlı başsağlığı yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turanın vəfatı ilə bağlı Mədəniyyət Nazirliyi başsağlığı verib.

Axar.az xəbər verir ki, başsağlığında deyilir:

Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, həkim, rəssam, türkoloq, mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin Türkiyədə yaşayan qızı, tanınmış rəssam Feyzavər Alpsar Turan 2020-ci il aprelin 25-də, ömrünün 101-ci ilində vəfat edib.

Feyzavər Alpsar Turan 31 dekabr 1919-cu ildə İstanbul şəhərində anadan olub. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda milli məfkurənin əsas bayraqdarlarından olmuş Əli bəy Hüseynzadə həm də professional rəssam olduğundan Feyzavər xanımda kiçik yaşlarından təsviri sənətə maraq yaranıb. O, İstanbulda Memar Sinan adına Gözəl Sənətlər Universitetini bitirib. Dəfərlərlə Türkiyədə sərgiləri keçirilib. Rəssamın 2015-ci ilin aprelində İstanbul Aydın Universitetində təşkil olunan “Kainatda şahmeran” (şahmeran – ilanbaşlı insan) və həmin ilin dekabrında İstanbulun Əl Sənətləri Qalereyasında keçirilən rəsm sərgiləri böyük maraqla qarşılanıb.

Feyzavər Alpsar Turan Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına da töhfələr verib. 2017-ci ildə onun təşəbbüsü ilə Əli bəy Hüseynzadənin irsinə aid 161 ədəd eksponat ölkəmizə hədiyyə olunub. Bu nümunələr Əli bəyin təsviri sənət əsərləri, fotoşəkil, şəxsi əşya, orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzetindən ibarətdir. 2017-ci il iyunun 9-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Muzey Mərkəzində həmin eksponatların sərgi-təqdimatı keçirilib. Hazırda bu əsərlər İstiqlal Muzeyində qorunub saxlanılır.

Feyzavər xanımın Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 mart 2018-ci il tarixli sərəncamı ilə Feyzavər Alpsar Turan “Dostluq” ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli sərəncamı ilə Feyzavər xanım ideoloji əsaslarının hazırlanmasında Əli bəy Hüseynzadənin də mühüm rol oynadığı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümünün xatirə medalı ilə mükafatlandırılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi tanınmış fırça ustası Feyzavər Alpsar Turanın vəfatı ilə əlaqədar mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

Tarix
2020.04.25 / 14:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla