Yuxarı

Uşaqları oruc tutmağa qoymayın - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaqları oruc tutmağa qoymayın - Xəbərdarlıq

Uşaqları oruc tutmağa məcbur etmək olmaz. İndi hətta “uşaq özü istəyir” arqumenti həmişəki kimi keçərli deyil.

Bu sözləri Axar.az-a pediatr Vaqif Qarayev deyib. Həkim bildirib ki, son vaxtlar pandemiya və karantin səbəbindən uşaqlar çox əziyyət çəkirlər:

“İndi uşaqlara sağlamlığı və psixikanı pozacaq əlavə problem yükləmək olmaz. Uşaq orqanizmi süni olaraq ac qalmamalıdır. İndiki həssas durumda isə bu hal ümumiyyətlə yolverilməzdir. Sağlamlığa ziyandır”.

Pediatr qeyd edib ki, böyüyən orqanizmin ac qalması fəsadlara səbəb ola bilər:

“Epidemiya və özünütəcridlə bağlı uşaqların qidalanmasına xüsusi diqqət verilməyin vacibliyindən danışırıq, amma orucluqda süni aclıq yaradırıq. Böyüyən orqanizm ac qalmamalıdır. İnanc öz yerində, ancaq tibbi baxımdan düzgün deyil. Xüsusən xroniki problemi olan uşaqlar heç vaxt ac qalmamalıdır”.

V.Qarayev əlavə edib ki, orucluqda bununla bağlı kifayət qədər müraciətlər olur:

“Uşaqlarda müşahidə olunan yuxusuzluq, əsəbilik, yorğunluq, zəiflik, diqqətsizlik, yaddaşsızlıq aclığa görədir. Normal qida rejiminə keçən kimi bu əlamətlər itir. Məhz bu baxımdan pandemiya və karantin günlərində uşaqların oruc tutması məsləhət deyil”.

Tarix
2020.04.27 / 14:46
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla