Yuxarı

Elman Rüstəmov ləğv edilən banklardan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elman Rüstəmov ləğv edilən banklardan danışdı

Bu gün Azərbaycanın bank sektorunda köhnəlmiş, bizə miras qalmış problemlər var və həmin problemlər sektorun aktivlərinin cəmi 3-4%-ni əhatə edir, yəni sistem əhəmiyyətli problemlər deyil.

Axar.az xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

"Bildiyiniz kimi, ötən gün biz 4 banka inzibatçı təyin etdik, bu gün isə onlardan 2-nin lisenziyasını ləğv etdik. Onlardan birində - "Atabank"da uzun müddətdir ki, problemlər var idi, əmanətçilər pullarını geri ala bilmirdi. Mən dəfələrlə bu bank barədə fikrimi bildirmişdim və demişdim ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti uzadılan kimi əmanətçilərə pullarını geri götürmək imkanı yaradılacaq. Digər bank isə "Amrah Bank"dır. Təbii ki, bu bankların problemləri bu gün yaranmayıb, yeni deyil və koronavirus (COVID-19) pandemiyası, neftin ucuzlaşması ilə əlaqəsi yoxdur. Bankların problemləri Maliyyə Sabitliyi Şurasında müzakirə olundu və AMB-yə müəyyən tövsiyələr verildi, həmin tövsiyələr əsasında biz lisenziyaları ləğv etdik. Qısa müddətdə əhaliyə əmanətlərinə çıxış imkanı yaradacağıq, həmin pulları ölkənin sabit banklarından birinə köçürəcəyik, əhali həmin bankda pulunu bundan sonra saxlaya da bilər, götürə də bilər", - o qeyd edib.

"Bu bankların əmanətçilərinin vəsaitlərinin qaytarılması dövlət büdcəsi hesabına olmayacaq. Hər iki bank Azərbaycan Əmanətlərinin Sığortalanması Fondunun üzvüdür. Vəsaitlərin qaytarılması ödənilən üzvlük haqqı hesabına olacaq. Bu problem bankların konsalidasiya edilmiş öhdəliyidir. Qanunla fondda vəsait olmasa, kredit almaq üçün AMB-yə müraciət edəcəklər. Biz onlara müvəqqəti kredit verəcəyik. Bağlanmış bankların aktivlərinin reallaşmasından əldə edilmiş vəsaitlər hesabına kreditləri geri ödəyəcəklər. 4-5 il ərzində verilmiş kreditlərin geri qaytarılması imkanı var", - E.Rüstəmov əlavə edib.

Tarix
2020.04.28 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla