Yuxarı

Balakəndə narkotacir saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən şəhər sakini 22 yaşlı İslam Ələkbərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 1 kiloqram 680 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Aparılmış araşdırmalarla İ.Ələkbərova narkotik vasitəni satan şəxsin rayonun Mahamalar kənd sakini, əvvəllər də Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə dəfələrlə məhkum olunmuş 50 yaşlı Elşən Adalov olduğu müəyyən edilib.

O da şübhəli şəxs qismində saxlanılıb və idarə etdiyi VAZ-21011 markalı avtomobilə baxış keçirilən zaman 14,22 qram qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix
2020.04.29 / 10:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla