Yuxarı

Bu şəxslərin icazəsi ilə bağlı - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların rahatlığını və onların iş prosesinin davamlılığını təmin etmək məqsədi ilə icaze.e-gov.az portalında qeydə alınmış bütün icazələrin müddəti sistem tərəfindən 2020-ci il 31 may tarixinədək uzadılır.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar isə işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

"Eyni zamanda qurum və təşkilatlar 31 may tarixinədək avtomatik uzadılmış icazələrin müddətini istədikləri vaxta tənzimləyə bilər. 8103 SMS icazə sistemi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda 31 may tarixinədək qüvvədə olacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda həmin sahələr üzrə xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar evdən çıxmaqla bağlı məhdudiyyət qüvvədə olduğundan SMS icazə sistemindən istifadə etməlidirlər".

Tarix
2020.05.02 / 20:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla