Yuxarı

Qullar avtomobil yolu yenidən qurulur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunun Qullar avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Axar.az-a verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində agentlik tərəfindən Qusar rayonunda 5,2 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir. Söhbət Bakı-Quba-Rusiya Federsiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun 204-cü kilometrindən ayrılan və Qullar kəndinə gedən avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun (6 metr hərəkət hissə, 2x2 metr çiyin hissələr) yenidən qurulur. Avtomobil yolu uzun illər istismar olunaraq təmirlərarası istismar müddətini keçmişdi və örtük yararsız vəziyətdə idi. Belə ki, örtükdə çalalar və deformasiya əmələ gəlmiş, örtüyün profili bir çox yerlərdə itmişdi. Bundan başqa yolun çiyin hissələri də deformasiyaya uğrayaraq çala-çuxurlu və palçıqlı idi. Hazırda yolun əsaslı şəkildə yenidən qurulması ilə sadalanan bu problemlər aradan qaldırılır.

Tikinti layihəsinə uyğun olaraq, yol yatağı buldozerlə kəsilərək profilə salınır, yararsız torpaq yatağı qazılaraq çıxarılır, daha onra əks-dolğu aparılaraq yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülməklə yol yatağı inşa olunur. Bunun ardınca optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, qum-çınqıl qarışığından isə əsasın üst layı tikilir.

Marşrutboyu mövcud suötürücü borular yayrsız vəziyyətə düşdüyündən, boruların əvəzlənməsi və əlavə olaraq yeni boruların quraşdırılmasına ehtiyac var idi. Bu çərçivədə yeni dairəvi suötürücü boruların quraşdırılması və izolyasiyası işləri də aparılır. Daha sonra yolboyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işlərinin aparılmasına başlanılıb. Asfaltlanma işləri yolun 30 min kvadratmetrdən çox sahəsini əhatə edir.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, 5,2 kilometr uzunluğunda olan yol torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəıişində problemlərə səbəb olurdu. Buna görə də yolun yenidən qurulması kənd əhalisinin istər rayon mərkəzinə, istərsə də respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaradacaq.

Tarix
2020.05.05 / 11:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla