Yuxarı

Zərifə Quliyevadan Prezidentə məktub: Bu ağır günlərdə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayon Fəal və Ağbirçək Qadınlar Şurasının sədri Zərifə Quliyeva Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev. Çox hörmətli cənab Prezident! Bəşəriyyətin düşdüyü bu çətin durumda ölkəmizdə aparılan islahatların ardıcıl olaraq davam etdirilməsi bizi çox sevindirir.

Azərbaycanın gündən-günə inkişaf etdirilməsi, dünyada siyasi nüfuzunun artması istiqamətində apardığınız işlərdən qürur duyuruq. Xüsusilə, ölkə vətəndaşlarının maddi rifahının yaxşılaşdırılması istiqamətində son dövrlərdə aparılan işlər, həyata keçirilən layihələr, atdığınız uğurlu addımlar təqdirə layiqdir. Əminik ki, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirlərinin azalması və yaratdığı problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər dövlətimizi bu bəladan alnıaçıq çıxaracaq. Daxili siyasətdə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin ön planda olması hamıya bəllidir.

Ölkədə yaradılmış ASAN xidmət, e-hökümət sistemləri rüşvət və korrupsiya kimi neqativ halların kökünü kəsməyə xidmət edir. Ölkə rəhbərliyi və Heydər Əliyev fondu tərəfindən vətəndaşlara göndərilən ərzaq yardımlarının bir sıra məmurlar tərəfindən mənimsənilməsinin aşkara çıxarılması, onların ifşa olunmasını biz vətəndaşlar alqışla qarşılayırıq. Savadlı, işgüzar insanların məsul vəzifələrə təyini və onların işin öhdəsindən layiqincə gəlməsi Sizin uğurlu kadr siyasətinizdən irəli gəlir.

Mayın 4-də Sizin təşəbbüsünüzlə baş tutan Qoşulmama Hərakatının Təmas Qrupunun “Covid 19-a qarşı birlikdəyik” mövzusunda görüşü Azərbaycan və onun liderinin ən çətin situasiyalarda da düşünülmüş optimizmə yönəlmiş addımlar atmağa hazır olduğundan xəbər verdi.

Cənab Prezident! Bu ağır günlərdəki fədakarlığınıza, daimi xalqımızı düşünüb ona dəstək olduğunuza və qayğımıza qaldığınıza görə Nəsimi rayon Fəal və Ağbirçək Qadınlar Şurasının üzvləri adından Sizə dərin minnətdarlığımızı bildirirəm”.

Tarix
2020.05.05 / 20:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla