Yuxarı

Xaricdəki azərbaycanlılar nə zaman vətənə gətiriləcək? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ölkəmizdə ciddi karantin rejimi davam edir və müddət 31 may tarixinədək uzadılıb. Bu tarixədək digər ölkələrə gediş-gəliş müvəqqəti olaraq dayandırılıb. Buna baxmayaraq, xarici ölkələrdəki vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində addımlar atılır.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) "Koronavirus İnfo" verilişində Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, xaricdə qalan vətəndaşlarımız xüsusi çarter reysi ilə ölkəmizə təxliyə edilir:

"Rusiyadan bir qrup vətəndaşımız təxliyə edildi. Bu günlərdə Rusiyadan yeni qrup geri qaytarılacaq. Yaxın günlərdə digər ölkələrdən də azərbaycanlıların hissə-hissə, mərhələlərlə ölkəmizə geri dönüşü həyata keçiriləcək".

L.Abdullayeva onu da deyib ki, Azərbaycana təxliyə edilən vətəndaşlar məcburi şəkildə və dövlət hesabına karantin rejimində saxlanılır.

Geri qaytarılmanın necə həyata keçirilməsi məsələsinə gəldikdə isə XİN rəsmisi qeyd edib ki, təxliyə planları Azərbaycanda infeksiyanın yayılması vəziyyəti və karantin yerlərinin hazırlığı ilə əlaqəli həyata keçirilir.

Tarix
2020.05.05 / 22:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla