Yuxarı

Fond sədri vətəndaşların şikayətini dinlədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond sədri vətəndaşların şikayətini dinlədi

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev İmişlidə 7 rayonun sakinləri ilə görüşüb.

Fonddan Axar.az-a veriən məlumata görə, sədr Elman Mehdiyev martın 18-də İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. DSMF sədrinin qəbuluna gələn İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayonlarının sakinlərinin şikayətləri, fikirləri və təklifləri dinlənilib.

Fondun məsul əməkdaşlarının və İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb. "Açıq qapı" şəraitində davam etdirilən görüşdə DSMF-nin sədri Elman Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Qəbul zamanı Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə qəbulda iştirak edənlər Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb-gətirilmələri təmin olunub.

Tarix
2015.03.18 / 14:37
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla