Yuxarı

Gənclər Polşada Novruz süfrəsi açdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 mart Polşanın Paytaxtı Varşavada yerləşən Vistula Universitetində Novruz konserti təşkil olunub.

Axar.az xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresi Polşa nümayəndəliyinin təşkilatçılığı ilə təşkil olunan konsert programında əcnəbi vətəndaşlarla yanaşı universitet tələbələri də iştirak edib. Vistula Universitetində təhsil alan tələbələrdən Səbuhi Qasımov, Yaqub Abbasov, Rəsul Məmmədov, Məhərrəm Qarayev tərəfindən xarici tələbələrə Azərbaycan haqqında geniş məlumat verilib.

Tədbirdə Novruz adət-ənənəsi ilə yanaşı Azərbaycan rəqsi də nümayiş edilib. Nail Əhməd və Səbinə Səlimzadənin iştirakı ilə qonaqlara qədim Azərbaycan rəqsi olan "Naz eləmə" rəqsi göstərilib.

Sonda bütün qonaqlar Novruz süfrəsindəki təamlardan dadmağa dəvət edilib.

Tarix
2015.03.20 / 01:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla