Yuxarı

Havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb - Nazir

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində karantin rejiminin atmosfer havasına təsiri barədə danışıb.

Axar.az xəbər verir ki, nazir karantin dövründə təbiətdə baş verən dəyişikliklərlə bağlı müşahidə və monitorinqlərin həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, hazırda monitorinq işlərinin müasir beynəlxalq standartlara uyğun aparılması təmin olunur:

"Respublikanın iri şəhərlərində atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqi məqsədilə yeni nəsil avtomatik stansiyalar qurulur. Eyni zamanda ölkənin istənilən nöqtəsində ilkin analiz aparmağa imkan verən səyyar mobil laboratoriya fəaliyyət göstərir".

Nazir əlavə edib ki, araşdırmaların nəticələrinin müqayisəli təhlili karantin dövründə ətraf mühitə antropogen təsirlərin əhəmiyyətli dərəcədə azaldığını göstərib:

"Xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb. Belə ki, bu ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır. Bunun səbəbi karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması olub".

Tarix
2020.05.21 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla