Yuxarı

Rayonların qaytarılması məsələsi artıq həll olunub - Arkov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rayonların qaytarılması məsələsi artıq həll olunub - Arkov

Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması artıq həll olunmuş məsələdir. Hazırki Ermənistan hakimiyyəti bu prosesə başlamaqdan imtina etməklə cəbhədə gərginliyi artırmaq məqsədi güdür.

Axar.az Apa-ya istinadla xəbər verir ki, bunu "PolitRus" portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində hazırda top İrəvanın tərəfindədir:

"Məhz İrəvan, hazırda hakimiyyətdə olan Nikol Paşinyan və onun komandasının simasında bu məsələdə Ermənistan daha əvvəllər Minsk Qrupu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır. Ermənistan tərəfi Dağlıq Qarabağ ətrafında olan işğal edilmiş rayonları Azərbaycana geri qaytarmaq prosesinə başlamaqdan imtina edir. Bu gün Dağlıq Qarabağın gələcək statusu dialoq predmetidir. Burada həm ikitərəfli formatda, həm də beynəlxalq vasitəçilər cəlb etməklə müxtəlif variantlar müzakirə oluna, danışıqlar aparılar bilər. Lakin işğal altındakı rayonların qaytarılması artıq həll olunmuş məsələdir. Ermənistan tərəfi bu addımı atmasa, danışıqların gələcəyi mümkün deyil. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməkdən imtina etməsi onu göstərir ki, hazırkı Paşinyan hökuməti konfrontasiyaya meyillidir. Təəssüflər olsun, ancaq güc nümayişi ilə külü soyutmaq mümkündür. Hazırkı Ermənistan rəhbərliyi qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində müxtəlif təxribatlar törədərək Azərbaycan tərəfini cavab tədbirləri görməyə sövq edir".

Rusiyalı politoloq Azərbaycan ordusunun keçirdiyi hərbi təlimləri də şərh edib. Onun sözlərinə görə, Azərbaycan öz ərazisində hərbi təlim keçirmək hüququna malikdir:

"Əgər bu, beynəlxalq hüquq normalarına zidd deyilsə, Azərbaycan öz ərazisində hərbi təlim keçirmək üçün tam suveren hüquqlara malikdir. Mayın 18-dən başlayan hərbi təlimlər də heç bir beynəlxalq hüquq normalarına zidd deyil. Ermənistanın işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ regionunda hərbi təlimlər keçirməsi isə beynəlxalq hüquq-normalarının kobud surətdə pozulmasıdır. Bununla təkcə ATƏT-in Minsk Qrupu deyil, digər beynəlxalq təşkilatlar də məşğul olmalıdırlar".

Tarix
2020.05.21 / 22:48
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla