Yuxarı

ABB partnyorları ilə görüş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB partnyorları ilə görüş

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştirak edib. Tədbir zamanı Bankın “İndi al, sonra ödə!” xidməti iştirakçılara təqdim edilib.

Xatırladaq ki, bu, partnyor mağazalarda elə yerindəcə kreditləşmə ilə məhsul alışına şərait yaradan yeni xidmət növüdür. Satıcı Bankın təqdim etdiyi kabinet vasitəsilə müştərini “ABB mobile” tətbiqinə yönləndirir. Müştəri tətbiqdə “İndi al, sonra ödə!” xidmətindən yararlanmaq üçün tələb olunan məlumatları daxil edib tətbiq üzərindən SİMA vasitəsilə sənədlərin imzalanmasını həyata keçirdikdən sonra istədiyi məhsulu alıb, ödənişini hissəli şəkildə ödəyir.

Tədbir zamanı partnyorların bu xidmət haqqında sualları cavablandırılıb. Onların rəy və təklifləri öyrənilib. Müxtəlif təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. ABB-nin bir neçə partnyoruna müxtəlif istiqamətlərdə Bankla uzunmüddətli səmərəli tərəfdaşlıq münasibətlərinə görə müvafiq nominasiyalar üzrə mükafatlar təqdim edilib.

Daha sonra ABB-nin İntellektual Klubunun təşkilatçılığı ilə partnyorlar üçün “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilib. Birinci, ikinci və üçüncü yerin qalibləri mükafatlandırılıb. Görüş işgüzar şam yeməyi ilə başa çatıb.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.09.16 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

Hakan Fidan Ramil Həsəni ilə görüşdü

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla