Yuxarı

Qərar verildi: Bakıda bu binalar söküləcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərar verildi: Bakıda bu binalar söküləcək - Video

Bakıda 300-dən çox sakinin məskunlaşdığı 8 yaşayış binası söküləcək.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sərəncam imzalayıb.

Söküntü işləri aparılmamışdan öncə binalarda yaşayan sakinlərlə notarial qaydada müqavilələr bağlandıqdan sonra onlara müvəqqəti kirayədə qalmaq üçün ödənişlər ediləcək. Artıq bir neçə sakinlə razılıq əldə edilib.

Yaşayış binalarını tikəcək şirkətin hüquqşünası Vamiq Şükürov deyib ki, binalar tam hazır olduqdan sonra sakinlər yeni mənzillərə köçürüləcək. Onlara köçürüldükləri mənzillərin kvadratından 20-25% artıq kvadratda və təmirli mənzillər təqdim ediləcək. Bununla yanaşı, söküləcək yaşayış binalarında olan obyektlərin sahiblərinə də yeni binalardan obyektlər veriləcək. Yaşayış binalarının 2 il müddətində tikilib başa çatdırılması nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2020.05.21 / 23:41
Müəllif
Axar.az
Digər xəbərlər

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla