Yuxarı

Ata dilənmək istəməyən oğlunu bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ata dilənmək istəməyən oğlunu bıçaqladı

10:07

Bakıda 11 yaşlı uşağın atası tərəfindən bıçaqlanması hadisəsi nəzarətə götürülüb.

Bu barədə Axar.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı müvafiq araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, hadisə Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan Fikrət Hüseynqulu oğlu İsmayılov övladı, 2009-cu il təvəllüdlü C.İsmayılovun baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib. Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

Azyaşlının anası Report-a bildirib ki, F.İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə məşğul olmağa vadar edir. Sonuncu hadisə isə C.İsmayılovun atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.

Belə ki, 11 yaşlı yeniyetmənin dilənməyə qarşı çıxmağı onun bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

Tarix
2020.05.27 / 10:56
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla