Yuxarı

Jurnalistlərin binası ilə bağlı araşdırma başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jurnalistlərin binası ilə bağlı araşdırma başladı

Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.

Axar.az xəbər verir ki, Korrupsiyaya qarşş Mübarizə İdarəsinə çağırılan jurnalistlər Criminal.az-a onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, fondun keçirdiyi müsabiqədə əsasən eyni adamlara birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verildiyini deyiblər.

Korrupsiya İdarəsinə çağırılan jurnalistlər Prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanmasını istisna etməyiblər.

Media işçilərinin ölkə başçısına müraciətlərində qeyd olunurdu ki, Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla, əlaltıları vasitəsilə vəzifələrindən ancaq onların hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə ediblər.

Tarix
2020.05.27 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla