Yuxarı

Restoranlar kuryerləri ölümə göndərir - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirkət və restoranlar kuryer xidməti göstərən işçilərini göz görə-görə istismar edirlər. Bu, sifarişi ünvana çatdıran işçini ölümə göndərməkdir, onun qayda pozmasına göz yummaqdır.

Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı son günlər baş verən kuryer qəzaları ilə bağlı danışarkən deyib.

E.Muradlı bildirib ki, respublika ərazisində pandemiya ilə əlaqədar elan edilmiş karantin dövründə sifarişlə çatdırılma xidməti daha geniş yayılıb:

“Bu günə qədər sifarişlə işləməyən restoranlar da karantin günlərində bağlı olduğu üçün bu xidmətə başladılar. Bu halda da restoranların köməyinə motosiklet, moped, velosiped sürən gənclər gəlir. Bir çox halda bu xidməti göstərən restoranlar, kafelər bu cür gəncləri öz maraqları və gəlirlərinə görə istismar edirlər. Təsəvvür edin, ötən gün verdiyi açıqlama ilə özünə haqq qazandıran “Dominos Pizza Azərbaycan” şərt qoyur ki, yarım saat ərzində məhsulu çatdırmalısan. Çünki elan verib ki, 30 dəqiqə ərzində məhsul sifarişçiyə çatmasa, ödəniş olmayacaq. Kuryer sifarişi gec çatdıracağı halda şirkət pizzanın pulunu sürücüdən çıxır. Bu halda da pizzanı daşıyan gənc sürət həddini aşmalı olur ki, sifarişi 30 dəqiqə ərzində çatdırsın. Bu, göz görə-görə işçini istismar etməkdir, özbaşınalıqdır”.

E.Muradlı qeyd edib ki, şirkətlər, restoranlar kuryerin yol hərəkəti iştirakçısı olduğunu nəzərə almalıdırlar:

“O, yolda qayda-qanun çərçivəsində hərəkət etməlidir. Kuryer də işıqforda dayanır, piyada keçidlərində hərəkəti aşağı edir, o da tıxaca düşə bilər. Bütün bunlar kuryerin ünvana gec çatmasına səbəb ola bilər ki, bu da ondan asılı olan səbəb deyil”.

Ekspert hesab edir ki, Dövlət Yol Polisi əməkdaşları da bu işə ciddi yanaşmalıdır:

“DYP əməkdaşlarından başqa, Post Patrul Xidməti, Çevik Polis Alayının əməkdaşları da kuryerləri istismar edən şirkətlərlə bağlı ciddi iş aparmalıdır. Həmçinin restoranlarla görüşlər keçirilməlidir ki, kuryerlərlə bu şəkildə davranmasınlar. İşçiyə bu cür münasibət olmamalıdır”.

Tarix
2020.05.29 / 14:07
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

Razılaşdırılıb: Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla