Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
11 İyul 2020


Bu tələbəni niyə əfsanəyə çevirirsiniz? - Nazirlik video yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

01 iyun tarixində Təhsil Nazirliyinə gələn müraciətçilərlə bağlı və bundan sonra sosial mediada məsələnin təfərrüatı barədə xəbəri olan və ya olmayan insanlar tərəfindən səslənən fikirlərə münasibətimi və əslində nə baş verdiyini qeyd etməyi vacib hesab edirəm. May ayından başlayaraq özünə “Tələbə tələbi” şüarı seçmiş bir neçə tələbə 01 iyun tarixində Təhsil Nazirliyinin qarşısına gələrək, yay imtahan sessiyasının və təhsil haqqının tamamilə ləğv edilməsinə dair sosial mediada açıq-aydın çağırışlar etməyə başlayır.

Axar.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

“Bütün tələbələrə çağırış” adı ilə edilən müraciət hər gün fəal paylaşılır, bütün səhifələrə göndərilir. Müraciətin özəlliyi ondan ibarətdir ki, “gəlin hər şeyi ləğv edək”, “qorxmayın – tələb edin”, “susmayın” kimi şüarlar fonunda tələbin özü yaddan çıxır. Əsas vurğu nazirliyin önünə toplaşmaq olur. Eyni zamanda, ölkədə xüsusi karantin rejimi və toplaşmaq məhdudiyyəti qüvvədə olmasına baxmayaraq, minlərlə tələbəni onların imtahan sessiyasına hazırlaşdığı bir dövrdə nazirlik önünə gətirmək cəhdinə “bu aksiya deyil, karantin qaydaları çərçivəsində baş tutacaq müraciətimizdir” kimi ad verilir və bununla da söz və niyyət arasında açıq-aydın ziddiyyət gözə çarpır”, - deyə, o vurğulayıb.

O qeyd edib ki, Təhsil Nazirliyinin qarşısına bir ay ərzində çağırılan minlərlə tələbə gəlmir:

“Onun əvəzinə 01 iyun tarixində aksiya təşkilatçıları özləri gəlir və onlar nazirlikdə qəbul olunur. Maraqlıdır ki, 3 nəfər tələbəni 30-a yaxın ictimai fəal və Feysbukda canlı yayım açmağı bacaran, “mənə dəymə, jurnalistəm” deyən şəxslər müşayiət edir. Jurnalist olmağın bu qədər asan olduğunu bilmirdim, amma bu başqa mövzudur. Nazirliyin önü qarşısında mühafizə xidməti göstərən polis əməkdaşları tərəfindən gələn şəxslərə “Qəbula keçmək istəyirsiniz” sualına hamı eyni cavab verir - “Mən tələbə deyiləm, dəstəyə gəlmişəm” və ağacın altına qaçır.

Xüsusi karantin rejimi ilə bağlı demək olar ki, bütün dövlət orqanlarında vətəndaşların canlı qəbulu hazırda həyata keçirilmir. Amma buna baxmayaraq, təmtəraqla, müşahidəçilərlə, tələbə olmayan şəxslərlə və canlı yayım pərəstişkarları fanatları ilə birlikdə gələn 3 tələbəni nazirliyin aidiyyəti üzrə sektor müdiri və əməkdaşı qəbul edir. Qəbul vətəndaşların rəsmi qəbul otağında baş verir. Qəbul 20 dəqiqə davam edir. Qəbulda iştirak edən 3 tələbə “biz bütün tələbələri təmsil edirik” və “imtahanları və ödənişi ləğv edin” deyir. Nazirliyin məsul şəxsləri bu 3 tələbədən pandemiya dövründə onların təhsil aldıqları Bakı Dövlət Universiteti, UNEC və ADU-da təşkil edilmiş məsafədən tədrisə qoşulmaq imkanının olub-olmamasına, olmadıqda, hansı səbəbdən olmamasına, onların təhsil haqqı dövlət tərəfindən ödəniləcək həssas əhali qrupuna aid olan ailələrin üzvü olub-olmamasına və bu kimi digər suallara aydınlıq gətirməyə çalışır.

Tələbələr bu suallara əhəmiyyət vermir, əvəzində imzasız çağırışı təqdim edir, “biz bütün tələbələri təmsil edirik” və “hamısı ləğv olunsun” şüarını israrla təkrarlayır. Hansı tələbələri və nə əsasında təmsil etdiklərini özləri dəqiq bilmir. Bir neçə cəhddən sonra bir-iki suala cavab tapılır və məlum olur ki, üç tələbədən ikisi IV kurs tələbəsidir və nazirlik tərəfindən edilmiş güzəşt onlara şamil edilir və onlar imtahan verməyəcəklər.

İmtahan verməli olan, amma hazır olmayan tələbələrə yay imtahan sessiyasında iştirak etmədən avqust ayında əlavə ödəniş olmadan keçiriləcək icmal mühazirələrə qatılmaq imkanı, habelə təhsil haqqının ödənişi ilə bağlı dövlət tərəfindən ayrılmış maliyyə və onun şərtləri barədə məlumat verilir. Bundan sonra tələbələr qəbul otağını və nazirliyin binasını tərk edir. Yarım saat sonra nazirlik bu barədə ictimaiyyətə açıqlama verir”.

Onun sözlərinə görə, bu qəbuldan sonra məhkəmənin qərarına əsasən xüsusi karantin rejiminin tələblərini pozduğuna görə bir neçə tələbə inzibati məsuliyyətə cəlb olunur. Belə ki, karantin rejiminin pozulması ilə Təhsil Nazirliyində tələbələrin qəbulu arasında səbəb-nəticə əlaqəsi yoxdur, karantini pozan qəbuldan qabaq da, qəbuldan sonra da poza bilər:

“Nazirlik karantin rejimini səbəb gətirərək tələbələri qəbul etməyə də bilərdi və bu zaman tələbələr qəbula düşmədən məsuliyyətə cəlb olunacaqdır. Lakin nazirlik müraciətçilərin həqiqətən də nə istədiklərini başa düşməyə çalışdı, təşkilatçıları qəbul etdi, dinlədi, məsələyə münasibətini bildirdi, izahatını verdi.

Səbəbindən və şəraitdən asılı olmayaraq, istənilən tələbənin inzibati və ya digər məsuliyyətə cəlb edilməsi arzuolunan hal deyil. Tələbənin yeri bir qayda olaraq auditoriya və kitabxana olmalıdır, təcridxana yox. Bu vacib olduğu qədər, məsələyə düzgün və ədalətli yanaşmanı sərgiləmək də bir o qədər vacibdir. Qəbulda olan şəxslərin sonradan “bizi qəbul etmədilər” deməkləri, qəbula dəvət edilmiş tələbələr barədə “polis onların qoluna girib binaya dartıb apardı”, “nazirlik tələbələri binaya salıb aldatdı, orada həbs etdi” kimi ifadələri işlətməyi, inzibati məsuliyyətə cəlb edilmiş bir tələbənin dərhal əfsanə və qəhrəman elan edilməsi, mütəşəkkil qaydada şəkillərinin, tvitlərin paylaşılması, şəninə mahnıların bəstələnməsi, operaların yazılması, birnəfərlik aksiyada “Tələbə tələbi cinayət deyil” kimi bəsit fikirlərlə bizi nəyəsə inandırmağa çalışması (yeri gəlmişkən, biz bunun əksini düşünmürük), cərimənin ödənilməsi üçün dərhal sosial kampaniyanın başlanması və yaxşıları da pis kimi təqdim etmək cəhdləri hansı məqsədlərə qulluq edir? Təhsil mövzusu qalır bir qıraqda, əsas niyyət üzə çıxır. Bunu tək biz görmürük, bunu bir aydır ki, çağırış etdiyiniz və nazirlik önünə gətirə bilmədiyiniz tələbə də görür. Bəlkə, məsələ ümumiyyətlə təhsil haqqı və imtahan deyil?! Burada bir nida işarəsi qoyum.

Ədalət axtarışına çıxan şəxs ilk növbədə özünün də ədalətli davranmasını təmin edə bilsəydi, cəmiyyətimiz daha sağlam olardı. Təhsil Nazirliyinin qapısı isə həqiqətən təhsildən bəhs etməyə gələn hər bir şəxsin üzünə açıqdır. Canlı yayım da açmaq olar, fanatlar darıxmasın. Amma kamera təkcə sizdə deyil”.

Tarix
2020.06.04 / 00:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Eyvazovun çevriliş edəcəyi barədə şaiyələrin səbəbi... - Deputat

Cəbhədə son durum

Elektrik enerjisinin güzəşt limiti artırılacaq? - Deputat

Bu dərmanlar koronanı məhv etmir, almayın - Professor

Nazir generalı vəzifədən azad etdi

Koronavirusun müalicəsi yoxdur... - TƏBİB

İctimai nəqliyyatın fəaliyyəti dayandırıldı

Ziya Məmmədovun tikdirdiyi bina satışda - Foto

Rəis müavini molladan yas üçün pul istəyib?

Nazirlikdən iyul ayının pensiyaları ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla