Yuxarı

10 yaşlı məktəbli iki avtoşun qurbanı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
10 yaşlı məktəbli iki avtoşun qurbanı oldu

Biləsuvarda iki avtoxuliqanın səbəb olduğu qəzada faciəli şəkildə yaralanan 4-cü sinif şagirdinin vəziyyəti ağırdır.

Axar.az xəbər verir ki, 1 iyun tarixində evdən çörək almaq üçün çıxan 10 yaşlı Yusif Muradov iki avtoxuliqanın qəza törədərək aşırdığı işıq dirəyinin altında qalıb. Hadisə nəticəsində məktəblinin kəllə sümüyü dağılıb. Təcili xəstəxanaya qaldırılan uşağın vəziyyəti ağır olduğundan, o, Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Daha sonra özəl klinikalardan birinə yerləşdirilən uşağın tamamilə dağılmış alın sümüyünü plastiklə əvəzləyiblər.

Klinkanın həkimləri hazırda ağır vəziyyətdə reanimasiyada olan məktəblinin sağalacağını bildirib. Lakin bunun üçün külli miqdarda pula ehtiyac var.

Ailə bildirib ki, xəstəyə gün ərzində vurulan iynə, dərman, müalicələrə 1300 manat pul tələb olunur. Ailənin isə artıq bu vəsaiti qarşılayacaq imkanı qalmayıb. Həmçinin sonradan məktəblini gözləyən əməliyyatlar üçün də pul tələb olunur ki, bu da ailənin imkanları xaricindədir. Ailə övladının sağalması üçün yardım istəyir.

Ailə xeyirxah insanlardan bu bank hesabına vəsait köçürməklə, yardım göstərməyi xahiş edib.

Hesab nömrəsi: Kapital Bank 4169 7413 7363 6206. Muradova Zülfiyyə Tehran qızı.

Tarix
2020.06.06 / 14:10
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla