Yuxarı

Mürəbbənin içində tiryək keçirmək istədilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mürəbbənin içində tiryək keçirmək istədilər

İçərisində narkotik maddə yerləşdirilmiş mürəbbənin Qobustan həbsxanasına keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan şəxs Nurlan Azər oğlu Sadıxzadənin yanına gəlmiş tanışı, 1989-cu il təvəllüdlü, Bakı şəhəri Sabunçu qəsəbəsi Ə.Cavad küçəsi ev5/1 ünvanında qeydiyyatda olan vətəndaş Anar Mehman oğlu Bayramovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı böyürtkən mürəbbəsi olan bankanın içərisində yerləşdirilərək gizlədilmiş, ümumi xalis çəkisi 40,438 qram olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb.

Qedyedək ki, 1991-ci il təvəllüdlü, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 37/13 ünvanında yaşamış Nurlan Sadıxzadə Şəki Appelyasiya Məhkəməsinin 13.03.2013-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə); 317-2 (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma; Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına, habelə məhkuma həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) və 66.3 (Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələri ilə təqsirli bilinərək 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Tarix
2013.12.21 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla