Yuxarı

ARB əməkdaşları korona testindən keçirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB 24 telekanalının koronavirusa yoluxmuş müxbiri Hicran Nəsibovanın səhhətində heç bir problem yoxdur, özünü yaxşı hiss edir.

Bunu Axar.az-a açıqlamasında ARB Media Qrupunun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib. O bildirib ki, sözügedən əməkdaşın artıq iybilmə və dadbilməsi bərpa olunub:

“Hicran Nəsibova ötən həftənin əvvəllərində işə gələrkən hərarətinin yüksək olması müəyyən edilib və evə göndərilərək test götürülməsi üçün təcili tibbi yardıma müraciət olunub. Təəssüf ki, test nəticəsi pozitiv çıxıb və o, karantinə alınıb. Yaxın günlərdə ondan yenidən test götürüləcək və nəticədən asılı olaraq, evə buraxılıb-buraxılmaması ilə bağlı qərar qəbul ediləcək”.

O.İbrahimli qeyd edib ki, H.Nəsibovada virus aşkar olunduqdan sonra telekanalın binasında dezinfeksiya işləri aparılıb, əməkdaşların koronavirus testindən keçirilməsi üçün müraciət olunub:

“Bununla yanaşı, əvvəllər olduğu kimi, yenə də telekanala daxil olan bütün əməkdaşların, eləcə də canlı efirə qatılan qonaqların hərarəti yoxlanılır. Telekanal daxilində hər bir əməkdaş birmənalı olaraq qoruyucu maskadan istifadə edir və sosial məsafəni saxlayır”.

Qeyd edək ki, ötən gün ARB 24 telekanalının müxbiri Hicran Nəsibovanın koronavirusa yoluxması, iybilmə və dadbilməni itirməsi barədə məlumat yayılıb.

Tarix
2020.06.16 / 15:05
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla