Yuxarı

Kamal Abdulla səfirə məktub göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla rəhbərlik etdiyi təhsil ocağında fəaliyyət göstərən Avstriya kitabxanasının 10 illiyi münasibəti ilə Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksander Bayerlə təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab səfir! Sizi səmimi-qəlbdən salamlayır, bu sıxıntılı pandemiya günlərində özünüzə və doğmalarınıza möhkəm cansağlığı, xoş günlər arzu edirəm.

Əməkdaşlığımızın, dostluq və etibarımızın ifadəsi olan Avstriya kitabxanası artıq 10 ildir ki, Azərbaycan Dillər Unversitetində fəaliyyət göstərir. Dünyanın 60-dan çox ölkəsində Avstriya mədəniyyətini, tarixini, dilini müvəffəqiyyətlə təbliğ edən kitabxananın həm də Azərbaycanda, xüsusilə də Azərbaycan Dillər Universitetində fəaliyyət göstərməsi bizim üçün qürurverici hadisədir.

23 iyun 2010-cu ildə, məhz 10 il bundan öncə açılışı olan və həmin tarixdən bu günə qədər uğurla fəaliyyət göstərən, Avstriya xalqının zəngin mədəniyyətini, qədim tarixini, dəyərli ənənələrini, elm və təhsil sahəsindəki təcrübəsini təmsil və təbliğ edən, bizi daima zəngin kitab fondu ilə sevindirən kitabxananın imkanlarından yalnız Azərbaycan Dillər Unversitetinin müəllim və tələbələri deyil, eyni zamanda ölkənin müxtəlif təhsil ocaqlarının və təşkilatlarının oxucuları faydalanır. Kitabxanada təşkil olunan təlimlər, seminarlar, danışıq klubları, qiraət günləri, kitab təqdimatları, görüşlər, dəyirmi masalar, film nümayişləri və s. saysız-hesabsız tədbirlər həm müəllimlərimiz, həm də tələbələrimiz üçün əvəzedilməz imkanlardır. Eyni zamanda Avstriyadan gələn tələbələrin və yüksək ixtisaslı kadrların universitetimizdə təcrübə keçməsi və müəllim kimi fəaliyyət göstərməsi, kitabxanada çalışan yerli əməkdaşların hər il Avstriyada təlimlərdə iştirak etməsi kitabxanın təqdirəlayiq istiqamətlərindəndir. Avstriya kitabxanası ölkələrimiz arasında mövcud olan ictimai-siyasi, elmi-mədəni münasibətlərin uğurlu inkişafında əvəzedilməz rola malikdir.

Azərbaycan Dillər Universitetinin professor müəllim heyətinə, tələbə, magistrant və doktorantlarına böyük fayda verən bu mənəviyyat və mədəniyyət ocağının 10 illiyini qeyd etməyimizdən böyük fərəh hissi duyur, onun fəaliyyətinə göstərdiyiniz böyük dəstəyə görə Sizə minnətdarlığımı bildirir, kitabxananın işində köməkliyini əsirgəməyən dəyərli alim Vilayət Hacıyevə, avstriyalı mütəxəssis Ştefani Matserə və kitabxananın digər əməkdaşlarına təşəkkür edirəm. Neçə belə uğurlu 10 illikləri birlikdə qeyd etməyimiz arzusu ilə Avstriya mədəniyyətinin və elminin bütün dostlarını təbrik edirəm”.

Tarix
2020.06.23 / 13:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla