Yuxarı

Onkoloqdan gənc qızın ölümü ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onkoloqdan gənc qızın ölümü ilə bağlı açıqlama

Xəstə 22 may tarixində şiddətli ağrı və qanaxma, çəki itirmə şikayəti ilə xəstəxanaya gəldi. May ayında müxtəlif xəstəxanalara müraciət edib, qarın boşluğu, ağciyərdə müxtəlif damar genişlənməsi müşahidə olunub.

Axar.az xəbər verir ki, bunu “Bona Dea” Beynəlxalq Hospitalın onkoloqu Altay Əliyev 22 yaşlı qız Təbəssüm Məmmədovanın meyitinin ailəsinə pula görə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında deyib.

"Biz xəstəyə müvafiq prosedurları izah etdik, biopsiya etdik. Xəstənin vəziyyəti ağır idi. Onkologiyada "təcili xilasetmə" dediyimiz müalicə ilə xilas etmək faizi çox aşağıdır. Bu müddətdə xəstə yaxınlarına müvafiq bilgilər verildi. Avropa xəstəxanaları ilə görüşlər aparıldı və ortaq nəticə ilə kimyaterapiya tətbiq olundu. Lakin xəstədə qanaxma davam etdi", - o bildirib.

A.Əliyev qeyd edib ki, qanaxmaya rəğmən müəyyən müsbət nəticələr də əldə olundu:

"Buna baxmayaraq, 22 gün sonra xəstəni itirdik. Belə xəstələrin xilas olma ehtimalı 29 faiz olsa da, bu, kifayət qədər böyük rəqəmdir. Tibb elmində xəstə üçün əlindən gələni etməlisən. Ailənin bu cür dərdinin cəmiyyətə fərqli şəkildə çatdırılması həkimlərin xəstə seçməsinə şərait yaradacaq. Həkimlər ittihamlardan çəkinərək, xəstənin ölümünə səbəb olacaqlar".

Tarix
2020.06.30 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla