Yuxarı

Maska taxmamağın daha bir fəsadı - Psixoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maska taxmamağın daha bir fəsadı - Psixoloq

Pandemiya ilə əlaqədar ölkəmizdə karantin rejimi elan edilsə də, bəzi vətəndaşlar təhlükənin fərqinə varmadıqları üçün qaydaları kobud şəkildə pozurlar. Ekspertlər bildirirlər ki, bu insanların karantin qaydalarına əməl etməməsində psixoloji faktorlar da rol oynayır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, insanların karantin rejiminin tələblərinə riayət etməsi də, etməməsi də tamamilə psixolojidir.

“Mövcud karantin rejimi və onun tələblərinə demək olmaz ki, hamı riayət etmir. Karantin rejiminə ifrat dərəcədə riayət edən insanların sayı az deyil. Belə insanlar sosial məsafə gözləyir, gigiyena qaydalarına hətta normadan artıq riayət edirlər. Ünsiyyətdən belə qaçırlar. Yəni yoluxma ehtimalı belə insanlarda özünü qoruma instinkti ilə birlikdə kiçik paranoya kimi müşahidə olunur. Bəzi insanlar isə tam əks davranış sərgiləyir. Yəni bu insanlar mövcud karantin rejiminin tələblərini pozur, maska taxmır, şəxsi gigiyena qaydalarına riayət etmir, yaxın təmasdan çəkinmir. Bir sözlə, həm özü, həm də başqaları üçün potensial bir təhlükə mənbəyinə çevrilir”, - o bildirib.

Psixoloq qeyd edib ki, bir insanın belə tibbi maskadan, əlcəkdən istifadə etməməsi psixoloji təsir yaradır:

“Günün istisində maska taxan insanlar taxmayanları görür. Bu, mexaniki olaraq o insanlarda qıcıq oyadır ki, axı niyə onlar taxmır, mən taxıram. Bunlar insanın daxilində gərginlik, narahatlıq, özünə inamsızlıq kimi hallar yaradır. Maraqlıdır ki, adətən azlıq çoxluğa tabe olduğu halda bu situasiyada çoxluq azlığı təkrarlamağa meyil edir”.

E.Rüstəmov vurğulayıb ki, digər bir nüans vətəndaşların şüuraltına hopan davranış normalarıdır:

“Bizim xalq deyib-gülməyi, yaxın təması sevir. İllərdir görüşərkən sarılmaq, öpüşmək və s. davranışları tərgidə bilmirik. Bu gün də bəziləri maska ilə görüşür. Bu və bu kimi davranışlara adaptasiya olmaq problemi yaşayırıq. İnsanlar ilk növbədə özlərində bu davranışları dəyişməyə səy göstərməli, daha sonra başqa insanları da bu yöndə maarifləndirməlidirlər. Unutmamalıyıq ki, kütlə psixologiyası önəmlidir. Kütlə isə fərdlərin toplusudur. Yəni fərdi olaraq bu qaydalara riayət etsək, kütləvi olaraq da tez bir zamanda riayət edə bilərik”.

Tarix
2020.07.04 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla