Yuxarı

Bakıda yenidən karantin postları quruldu - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yenidən karantin postları quruldu - Rəsmi

Sərt karantin elan olunan ərazilərdə küçələrdə hərəkətə nəzarət gücləndirilib. Karantin postlarının hələlik şənbə və bazar günləri fəaliyyət göstərməsi nəzərdə tutulub, amma zərurət olarsa, həmin postlar iş günləri də fəaliyyət göstərə bilər və ya yeri də dəyişdirilə bilər. Bir daha qeyd edirəm ki, həmin postlar marşrut postları ilə də əvəz oluna bilər. Yəni bu ümumilkdə şəraitdən asılıdır.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polos polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bununla əlaqədar küçə və ərazilərdə hərəkət iştirakçıları ciddi yoxlanılır:

"Bilirsiniz ki, karantin elan olunan ərazilər sırasına daha 8 şəhər və rayon əlavə edilib. Bu gündən artıq metro da fəaliyyətini dayandırıb. Həmçinin 3 həftə ərzində şənbə və bazar günləri ictimai nəqliyyatın da fəaliyyəti məhdudlaşdırılır. Artıq bəzi ərazilərdə karantin postları quraşdırılıb. Bir çox ərazilərdə karantin postları yığışdırılsa da, bəzi yerlərdə marşrut postları fəaliyyətini bərpa edib. Əraziyə Daxili İşlər Nazirliyi əməkdaşları ilə yanaşı Daxili Qoşunların hərbi qulluqçuları da cəlb edilib və marşrutlar üzrə nəzarəti daha da gücləndirəcəklər. Ona görə də hərəkət iştirakçılarından xahiş edirik ki, müvafiq icazələri olmadan və ciddi zərurət yaranmadan yaşayış yerlərini tərk etməsinlər. Əks halda həmin şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar".

Tarix
2020.07.04 / 10:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla