Yuxarı

“Azqranata”nın daha bir rəhbəri istefa verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azqranata”nın daha bir rəhbəri istefa verdi

Azərbaycanın məşhur şərab istehsalçısı olan "Azqranata" və onun daxil olduğu "Modern Qrup"un daha bir tanınmış rəhbəri istefa verib.

Axar.az Fed.az-a istinadən xəbər verir ki, ölkənin tanınmış marketinq mütəxəssislərindən biri olan Rafiq Hunaltay bu şirkətlərdəki CEO müavini postunu tərk edib.

Bu barədə o özü məlumat yayıb:

“Nəhayət, 2 illik marafonun sonuna gəldik. 2 il öncə "Modern Qrup"da Biznesin inkişafı direktoru olaraq işə başlayıb, daha sonra "Azqranata" Satış və Dağıtım Şirkətinin rəhbəri, "Azqranata" İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərdim. İşdən çıxmağın müsbət tərəfləri çoxdur, amma ən xoşuma gələni çıxanda öyrəndiyin hər şeyi özünlə aparmağındır. Karyera yaddaşımda istər "Modern Qrup", istərsə də "Azqranata" mənim üçün həm böyük etimadın göstərildiyi, həm də özümə müsbət mənada çox şey qatdığım bir yer olaraq qalacaq. Eyni zamanda şirkət üçün də bilik və bacarıqlarımı maksimum istifadə etdiyimə inanıram. Fürsətdən istifadə edib bu 2 il ərzində sıx çalışdığım hər kəsə təşəkkür edirəm”, - deyə R.Hunaltay bildirib.

Qeyd edək ki, bu, son 1 ayda “Modern Qrup” və “Azqranata”da baş verən ikinci istefadır. İyunun əvvəlində “Azqranata” şirkətinin baş direktoru Anar Bayramov da istefa verib.

R.Hunaltay da A.Bayramovun komandasına daxil olaraq “Azqranata”nın rəhbərliyinə gətirilən mütəxəssislərdən idi.

Tarix
2020.07.07 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Xameneinin öldüyünü elan etdi - Təcili

İran rəsmən Xameneinin öldüyünü təsdiqləyəcəkmi?

İrandan 12 Azərbaycan vətəndaşı, 1 italiyalı təxliyə edildi

Xamenei artıq yoxdur - Netanyahudan sensasiya

Tramp İrana zərbələri birbaşa izləyir - Foto

İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!

Rəsmi Bakıdan çağırış: Danışıqlara qayıdın!

Sərhədimizdə dəhşətli müharibə: İranı nə gözləyir?

Rəsmi Bakının atdığı siyasi addımlar... - Deputat

İran vətəndaşları Türkiyəyə qanunsuz keçib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla