Yuxarı

Nazirlik açıqladı: doktorantlara şad xəbər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına dair şərh verib.

Axar.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 aprel tarixli 996 nömrəli Fərmanı ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində təhsilin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi mexanizminin təsdiq edildiyini bildirib.

Bugünədək həmin maliyyələşdirmə mexanizmi ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində dövlət sifarişi əsasında təhsil alanlara münasibətdə tətbiq edilirdi.

2020-ci ildən başlayaraq ali təhsil müəssisələrinin doktorantura səviyyəsinə dövlət sifarişi əsasında qəbul olunacaq doktorantların təhsil xərcləri də dövlət hesabına maliyyələşdiriləcək. Hər il dövlət sifarişi əsasında qəbul olunacaq doktorantların orta illik sayının 500-dən artıq olacağı proqnozlaşdırılır.

Doktoranturada təhsilin maliyyələşdirilməsi bütün elm sahələrini əhatə edəcək. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Qərarla müxtəlif elm sahələri üzrə hər bir təhsilalana bütün təhsil müddəti ərzində dövlət tərəfindən çəkilən illik xərclərin miqdarı müəyyən edilib.

Bununla yanaşı, 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) yeni təsnifatı təsdiq edilib, 2009-cu ildən etibarən qüvvədə olan təsnifat ləğv edilib.

Yeni təsnifata daxil olan ixtisaslar üzrə mütəxəssis hazırlığı 2020-2021-ci tədris ilindən etibarən başlayacaq. Eyni zamanda ləğv edilmiş təsnifatda yer alan bəzi ixtisaslar üzrə bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsində həmin ixtisaslar üzrə normativ təhsil müddəti başa çatanadək davam etdiriləcək.

Hər iki təsnifatdan olan ixtisaslar üzrə təhsilalanların təhsilinin dövlət sifarişi əsasında maliyyələşdirilməsinin müvafiq müddətdə davam etdirilməsi və 2020-2021-ci tədris ilindən etibarən başlayacaq mütəxəssis hazırlığının dövlət sifarişi əsasında maliyyələşdirilməsinin təmin edilməsi üçün hüquqi əsasların yaradılması məqsədilə qərarda ixtisasların adları sözügedən təsnifatlarda olduğu kimi verilib.

Bu Qərarla ali təhsil pilləsində məhz dövlət sifarişi ilə təhsil alan şəxslərin təhsilinə görə dövlət tərəfindən ali təhsil müəssisələrinə ödənilən xərclərin miqdarı tənzimlənir.

Tarix
2020.07.08 / 00:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla