Yuxarı

Surət Hüseynov niyə qayıtdı və nə almaq istəyir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Surət Hüseynov niyə qayıtdı və nə almaq istəyir? - Video

11:14

1993-cü ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı cinayət işi üzrə əvvəldən axıra kimi vəkil kimi iştirak etmişəm və kifayət qədər, bəlkə də iştirakçılar qədər məlumatlıyam. İyunda Gəncədə baş verənlərin bir adı var - QİYAM.

Axar.az xəbər verir ki, bu sözləru tanınmış vəkil Adil İsmayılov qeyd edib. O, bu hadisələrin son günlər Sürət Hüseynovun müsahibələri ilə yenidən gündəmi zəbt etdiyini xatırladıb:

“Mənə bu barədə müsahubə vermək təklif ediləndə imtina etdim, səbəbi də çox sadədir. S.Hüseynovun barəsində nəsə danışmağa dəymədiyi üçün ehtiyac duymuram”.

Buna baxmayaraq, vəkil iki məsələyə münasibət bildirmək üçün bunları qeyd etdiyini vurğulayıb:

“Birinci, o dövrün yüksək çinli məmurlarına aiddi. Hamınız yaxşı tanıdığınız üçün adlarını çəkmək istəmirəm. Hörmətli bəylər, birdəfəlik etiraf edin ki, bu hadisələrə görə məsuliyyət sizin üzərinizdədir, səbəb də səriştəsizliyiniz olub. Rəhmətlik Prezident Əbülfəz Elçibəyin arxasında gizlənməyin, onu rahat buraxın. Sizi inandırıram, etiraf edəndən sonra həm siz rahat olacaqsınız, həm də ictimaiyyət sakitləşib yaxanızdan əl çəkəcək.

İkinci, Sürət Hüseynova aiddir. Onun son vaxtlar gündəmə gəlməkdə bir məqsədi var, adam status-kvonu bərpa etmək, yəni siyasətə gəldiyi dövrə qayıtmaq, özünün hesab etdiyi Yevlax Yun Zavodunu qaytarmaq istəyir. Adamdan qəhrəman düzəltməyə ehtiyac yoxdur. Jurnalist dostlardan xahiş edirəm ki, onunla söhbətlərinə bu rakursdan yanaşsınlar. Hazırda hamımızı daha vacib məsələlər maraqlandırmalıdır, enerji və bacarığınızı bu məsələlərə yönəltsəniz yaxşı olardı”.

Tarix
2020.07.11 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla