Yuxarı

Sel Gəncəni iflic etdi, qurumlar hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sel Gəncəni iflic etdi, qurumlar hərəkətə keçdi

13:14

Qobustan rayonunun Poladlı kəndinə yağan güclü yağışdan sonra sel suları bir sıra fəsadlar törədib.

Axar.az xəbər verir ki, həyətləri su basıb, kəndin daxili yollarına və körpülərə zərər dəyib. Bundan başqa, kəndin qaz xətti sıradan çıxıb, elektrik və rabitə dirəkləri, meyvə ağacları aşıb, naqillər qırılıb.

Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndə gələrək sel sularının ziyan vurduğu ərazilərə baxıb, vətəndaşların müraciətini dinləyiblər. Selin törətdiyi fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb.

***

Ötən gün, səhər saatlarından yağan güclü yağış Gəncədə bir sıra fəsadlar törədib. Gəncənin Məhsəti qəsəbəsi və Gülüstan yaşayış massivində yağış suları evlərin zirzəmisinə dolub və həyətləri su basıb.

Yaranmış problemin həlli istiqamətində aidiyyatı qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları gün ərzində sözügedən ərazilərdə evlərin zirzəmilərinə dolan suyun çəkilməsi istiqamətində iş aparıblar.

Gecə saatlarında yenidən yağmağa başlayan güclü yağış işin gedişatına maneə törədib. Bununla belə aidiyyatı qurumlar fəaliyyətlərini davam etdiriblər.

İyulun 11-dən 12-sinə keçən gecə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, müavinləri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, “Azərsu” ASC-nin və FHN-nin mümayəndələri yağışdan ziyan çəkmiş ərazilərdə olublar. Mövcud vəziyyət və işlərin gedişatı ilə maraqlanan şəhər rəhbəri, fəsadların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyyələrini verib.

Qeyd edək ki, yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Evlərə və həyətlərə dolan sular FHN-nin xüsusi qurğuları vasitəsi ilə çəkilir. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları da işlərə cəlb olunublar. Güclü yağışın yol açdığı fəsadlar tam aradan qaldırılanadək aidiyyatı qurumlar öz fəaliyyətlərini fasiləsiz davam etdirəcəklər.

Tarix
2020.07.12 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla