Yuxarı

Göyçayda külək dam örtüyünü qopardı, hasar aşırdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçayda külək dam örtüyünü qopardı, hasar aşırdı - Foto

Göyçayda güclü külək və leysan yağışı fəsadlara səbəb olub.

Axar.az-ın yerli bürosunun verdiyi məlumata görə, iyulun 13-də axşam saatlarında Göyçay rayonunun Şəkər və Veysəlli kəndlərində güclü küləklə müşahidə olunan leysan yağışı nəticəsində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan dəyib. Təxminən 30 dəqiqə davam edən güclü külək evlərin və tövlələrin dam örtüyünü qoparıb, selofan örtüklü istixanaları dağıdıb, pomidor və xiyar şitillərini, yetişmiş meyvə-tərəvəz məhsullarını tələf edib, ağacları, eləcə də primitiv tikilmiş hasarları, elektrik və rabitə dirəklərini aşırıb, naqilləri qırıb.

Hazırda bu kəndlərə elektrik və rabitə verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü qopan evlər yağış suları altında qalıb. Nəticədə kənd sakinlərinə küllü miqdarda maddi ziyan dəyib.

Məsələ ilə bağlı rayon Fövqəladə Hallar Komissiyasına məlumat verilib.

Tarix
2020.07.14 / 00:46
Müəllif
Davud Tanrıverdiyev
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla