Yuxarı

Yığmamızın rəqibi cəzalandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yığmamızın rəqibi cəzalandırıldı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Xorvatiya Futbol Federasiyasını cəzalandırıb.

Report-un məlumatına görə, buna ölkə yığmasının Norveç üzərində 5:1 hesablı qələbə qazandığı AVRO-2016-nın seçmə qrup matçı zamanı azarkeşlərin irqçi şüarlar səsləndirmələri səbəb olub.

Fanatları hətta həmin oyunun bir hissəsi açıq tribunlar önündə keçirilməsi də narahat etməyib. Onlar şüarlardan əlavə, pirotexniki vasitələrdən də yararlanıblar. Nəticədə qərara alınıb ki, Xorvatiya yığması İtaliya ilə növbəti ev oyununu boş tribunalar önündə keçirsin və yerli federasiya 50 min avro cərimələnsin. Bu görüş iyunun 12-də baş tutacaq.

Qeyd edək ki, Xorvatiya və İtaliya milliləri AVRO-2016-nın seçmə mərhələsində Azərbaycanla birgə H qrupunda yer alıb. Hazırda Xorvatiya 13 xalla birinci, İtaliya 11 xalla ikinci pillədədir. Azərbaycan yığması isə 3 xalla 5-ci pillədə qərarlaşıb.

Tarix
2015.04.09 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla