Yuxarı

DOST Mərkəzi “erməni rənginə” boyanıb? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DOST Mərkəzi “erməni rənginə” boyanıb? - Foto

Ötən gün sosial şəbəkələrdəki bəzi səhifələrdə 2 saylı Bakı DOST Mərkəzinin eksteryer dizaynında guya Ermənistan bayrağını xatırladan rəng çalarlarından istifadə olunması barədə məlumatlar paylaşılıb.

Axar.az xəbər verir ki, qurumun sözçüsü Şahin Əliyev məsələyə aydınlıq gətirib. O deyib ki, paylaşılan şəkildə binanın üzərindəki rənglər təhrif edilib:

“Niyə bunu ediblər? Və niyə məhz indi, həmin mərkəzin açılışından 7 ay sonra? Belə ucuz “sensasiya” yaratmaqda məqsəd nədir?

Bunun səbəbini dəqiq deyə bilmərik. Sadəcə bir faktı qeyd edək ki, məlumatı ilk paylaşan səhifə xaricdən idarə olunur.

Binanın üzərindəki rənglərə gəldikdə isə biz hələ DOST Agentliyinin inzibati binası və ilk DOST Mərkəzinin açılışı vaxtı ictimaiyyətə məlumat vermişdik ki, burada qədim Azərbaycan kilimlərinin rəng çalarlarından istifadə edilib. Əgər hər hansı bir qondarma bayraqda bu rənglərdən istifadə edilibsə, bu o demək deyil ki, biz onlardan imtina etməliyik. Bu bizim tariximiz, mədəniyyətimizin rəngidir. Bu, yaşı minilliklərlə ölçülən qədim mədəniyyətimizin vacib tərkib hissəsi – Azərbaycan kilimlərinin rəngləridir. Azərbaycan xalqı bu rənglərdən istifadə edəndə, bu rəng çalarları Azərbaycan mədəniyyətinin, məişətinin bir hissəsi olanda Ermənistan heç mövcud deyildi. Düşünürük ki, biz düşmənin və ona xidmət edən ünsürlərin səviyyəsinə enib onlarla yalan və qarayaxma müstəvisində mübarizə aparmamalıyıq. Biz yalnız həqiqəti deyərək, bu cür cılızlıqların fövqündə olmalıyıq. Çünki, qat-qat daha qədim, daha böyüyük!"

Tarix
2020.07.29 / 16:00
Müəllif
Tural Turan
Digər xəbərlər

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla