Yuxarı

Qarabağda ədaləti bərpa etməsək... - Nuriddinov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda ədaləti bərpa etməsək... - Nuriddinov

Əgər ədaləti bərpa etməsək, gələcəkdə bu cür təcavüzlər, soyqırımlar, işğallar, dinc insanların öldürülməsi davam edəcək və daha da kəskinləşəcək.

Axar.az xəbər verir ki, bunu Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov ermənilərin Tovuzda törətdiyi təxribatlarla bağlı yaydığı bəyanatda bildirib.

Bəyanatda qeyd olunur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünün bərpasının təmin edilməsinə dair çağırışlara məhəl qoymur:

“Təəccüblüdür ki, bütün dünyanın COVİD-19-la mübarizədən narahat olduğu bir şəraitdə, sosial-iqtisadi problemlərin yaşandığı bir vaxtda Ermənistan silahlı qüvvələri növbəti dəfə, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində hərbi qarşıdurma törətdi. Həmişəki kimi bütün günahı Azərbaycan silahlı qüvvələrinin üzərinə atan Ermənistan bu cür təxribatçı hərəkətlərini heç bir şəkildə əsaslandıra bilməz. Mən Özbəkistanın ictimaiyyət, elm və tarixçi xadimi, bir alim kimi Azərbaycan xalqının bu ağrıları ilə çoxdan tanışam və erməni tərəfinin təcavüzkar hərəkətlərini kəskin şəkildə qınayıram. İşğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılmasının məsələnin yeganə həlli yolu olduğunu düşünürəm.

Fürsətdən istifadə edərək, bu ağır günlərdə Azərbaycan xalqına bu hadisələrə görə başsağlığı verir və səmimi dəstəyimi, duyğularımı çatdırıram”.

Tarix
2020.07.29 / 16:53
Müəllif
Tural Turan
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla