Yuxarı

Çimərliklərdə dezinfeksiya və təmizlik... - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çimərliklərdə bütün görülən işlərin əsas məqsədi COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaqdır.

Axar.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Çimərliklərdə işləyən qruplarla maarifləndirmə işləri aparılıb, müvafiq təlimatlar verilib. Eyni zamanda bütün çimərliklərdə məlumatlandırıcı lövhələr yerləşdirilib. Bu informasiya sosial məsafənin qorunması, gigiyena qaydalarına riayət olunması ilə bağlıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, İDEA tərəfindən 6 çimərlik istifadəyə hazır vəziyyətə gətirilib. Eyni zamanda hər bir saatdan bir səsli məlumatlandırma olacaqdır. Həmçinin çimərlikdə işarələnmələr aparılıb ki, insanlara sosial məsafənin saxlanılması üçün köməkçi vasitə olacaq", - o bildirib.

E.Həbibullayev qeyd edib ki, çimərliklərdə dezinfeksiya işləri və tullantıların daşınmasına Bakı şəhər Kommunal İdarəsi tərəfindən nəzarət olunacaq:

"Müvafiq strukturlar tərəfindən bütün lazım olan tədbirlər görülür. Lakin ən əsas vəzifə vətəndaşlarımızın öhdəsinə düşür. Çimərliklərin açılması bəzi insanlarda rahatlığa səbəb ola bilər. Burada çox diqqətli olmalıyıq, qaydalara ciddi şəkildə riayət etməliyik".

Tarix
2020.08.03 / 17:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla