Yuxarı

Ölkəmizə tibbi maska istehsal edən avadanlıqlar gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizə tibbi maska istehsal edən avadanlıqlar gətirildi

Avropa İttifaqının maliyyə dəstəyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda koronavirus pandemiyası dövründə tibbi maskaların istehsalına dəstək məqsədilə bir sıra texniki avadanlıqların satınalınması həyata keçirilib.

Axar.az xəbər verir ki, sözügedən təşəbbüs çərçivəsində iki müasir maska iplikləri üçün istifadə edilən avadanlıq və bir ton xammal BMT-nin İnkişaf Proqramının beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya çatdırılıb və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində quraşdırılıb.

Qeyd edək ki, hazırda istehsal prosesinə 85 əməkdaş cəlb olunub. 24 saat fəaliyyət göstərən emalatxanada günlük 100,000 tibbi maska istehsal edilir. İstehsal olunan maskaları şəhərimizin apteklərində əldə etmək mümkündür.

Təşəbbüs, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihəsi çərçivəsində baş tutub.

Tarix
2020.08.04 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təltif etdiyi Zakir Quliyev kimdir?

Ceyhun Bayramov Xəzərin suyunun azalmasından danışdı

Bu ölkə prezidentindən Əliyevə məktub: Səfirliyimizi açaq...

"Azercell" süni intellekt əsaslı həlləri təqdim etdi - Foto

Bakı ilə bağlı dezinformasiya: Tramp da ittiham edirdi...

Köçəryan Azərbaycana məlumat ötürüb: 100 əsgər…

Əgər Azərbaycan müharibə istəyirsə...

Zaxarova: Azərbaycana lazımı kömək göstərilir

Rusiyadan azərbaycanlıların ölümü ilə bağlı açıqlama

Azərbaycanlıların öldüyü gəmilər... - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla