Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Sentyabr 2020


Gəncədə Milli Qəhrəmanın ailəsinə mənzil verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhərində yeni yaşayış binasından alınan 15 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mənzillərin təqdim edilməsi tədbirində Prezident İlham Əliyevin sosial sahəyə, əhalinin həssas qruplarına xüsusi qayğı göstərdiyini vurğulayıb, sosial müdafiə proqramlarının ildən-ilə genişləndirildiyini qeyd edib.

Nazir müavini bildirib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə həmin göstəricidən 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

2020-ci il iyulun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən dövlətimizin başçısı deyib: “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.

H.Abdullayev bu ilki plan üzrə nəzərdə tutulan 1 500 mənzil və fərdi evdən artıq 554 mənzilin şəhid ailələrinə, müharibə əlillərinə verildiyini, qalan mənzil və fərdi evlərin də ilin sonunadək təqdim ediləcəyini deyib. O, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8 142 mənzil və fərdi ev verildiyini diqqətə çatdırıb.

Müharibə əlillərinin avtomobillə təminatı işlərinin də davam etdiyini bildirən nazir müavini bu kateqoriyadan olan vətəndaşlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verildiyini qeyd edib. 2020-ci ildə də müharibə əlillərinə 400 avtomobilin verilməsinin nəzərdə tutulduğunu, onlardan artıq 150-nin verildiyini, ümumən indiyədək 6 900 avtomobilin müharibə əlillərinə təqdim edildiyini bildirib.

Qeyd edək ki, bu gün Gəncə şəhərində mənzillə təmin olunan şəhid ailələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı Elbrus Allahverdiyevin ailəsidir.

Tədbirdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri daim dövlətin qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tarix
2020.08.06 / 14:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda vəkillərin durumu... - Görüş

Qarabağ lideri Paşinyandan sonra Tonoyanın qapısına qaçdı

Prezident yeni təcili yardım maşınlarına baxdı - Foto

Düşmənin məhv etdiyi tarixi abidələrimiz Misir mediasında

Şəxsi heyətin döyüş hazırlığı artırılır - Video

Azərbaycanda zəlzələ oldu

Sabahın hava proqnozu açıqlandı

Oğurlanaraq şantaj edilən şəxs öldü - Rəsmi açıqlama

Eldar Həsənov haqda məhkəmə qərar verdi

Oğlu qətl törədən məmur işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla