Yuxarı

Avtobusların bölgələrə işləməsi ilə bağlı qərar... - DANX

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtobusların bölgələrə işləməsi ilə bağlı qərar... - DANX

Şəhərlərarası və rayonlararası sərnişindaşımanın bərpası yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından sonra bəlli olacaq.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, ölkə üzrə avtovağzallara artıq təlimatlar verilib və sərnişindaşıma ilə bağlı qərar verildiyi gündən tam gücü ilə işə başlaya biləcəklər:

“Hazırda bununla bağlı nəsə demək tezdir, belə ki, bir qurum olaraq Operativ Qərargahın tapşırığını gözləyirik. Ona görə bu barədə ilk açıqlama yalnız Operativ Qərargah tərəfindən olacaq. Mən də öz növbəmdə media qurumlarından xahiş edirəm ki, bu məsələ ilə bağlı digər qurumlardan sorğu almasınlar, hər hansısa xəbər insanlarda çaşqınlıq yarada bilər. Avtobusların bölgələrə işləməsi ilə bağlı sorğu yalnız Nazirlər Kabinetinə ünvanlanmalıdır”.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması dayandırılıb.

Tarix
2020.08.12 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla