Yuxarı

Bakıda yeni yerüstü piyada keçidi istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yeni yerüstü piyada keçidi istifadəyə verildi

Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən yolda (köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığı) yerüstü piyada keçidi inşa edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, agentliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçirilib, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisi həyata keçirilib.

Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılmışdır.

Keçid 3 dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi qurulmuşdur. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar inşa edilmişdir.

Qeyd edək ki, sözügedən piyada keçidi Bakı şəhərində cari ildə inşa olunan sayca 4-cüsüdür. Bundan öncə Heydər Əliyev prospektində yeraltı, Moskva prospekti və Neapol küçəsində isə yerüstü piyada kieçidləri inşa edilib.

Tarix
2020.09.02 / 10:04
Müəllif
Axar.az
Digər xəbərlər

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla