Yuxarı

Restoranlara sifariş axını: Toylar başlayırmı? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Restoranlara sifariş axını: Toylar başlayırmı? - Video

Toylara icazənin verilməsi ilə bağlı son günlər bəzi millət vəkillərinin təkliflərindən sonra şadlıq evlərinə sifarişlər artıb. Toy etmək istəyənlər oktyabr və noyabr ayları üçün sıraya düzülüblər. Növbə üstündə əməlli başlı mübahisə düşür desək, yalan olmaz. Bəs qiymət artımı gözlənilirmi?

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, məhərrəmlikdən sonra toyların təşkilinə icazə veriləcəyi ilə bağlı yayılan xəbərlər vətəndaşlarda əməlli-başlı ümid yaradıb. Son günlər şadlıq evlərinə edilən zənglərin sayı və toy etmək üçün yazılan növbələr xeyli artıb.

Bəzi şadlıq evlərinin administratorları deyirlər ki, qiymət artımı da istisna olunmur. Amma artımın yüksək olmayacağı da bildirilir.

Mütəxəssislər hesab edirlər ki, əgər toylara icazə verilərsə, şadlıq evləri qiymət siyasətini düzgün qurmalıdırlar və bütün hallarda qiymət artımına imkan verməməlidirlər.

Ekspertin fikrincə, əgər şadlıq saraylarında qonaqların sayına məhdudiyyət tətbiq edilsə, bu, qiymətlərə müəyyən qədər təsir edə bilər.

Ekspert bildirib ki, şadlıq evlərinin sayı kifayət qədərdir. Qiymət siyasətini düzgün qurmayan şadlıq evi icazədən sonra müştəri itkisi ilə üzləşə bilər.

Tarix
2020.09.14 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla