Yuxarı

Bunların 613-ü Rusiyadan gəlib… - Fond

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fonda xaricdən daxil olan müraciətlərin sayına görə MDB ölkələri üstünlük təşkil edir.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Axar.az-a verilən məlumata görə, əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə səmərəli təşkili və davamlı təkmilləşdirilməsi fondun əsas prioritetlərindəndir.

Fonda xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlər də daim vaxtlı-vaxtında araşdırılır və bu müraciətlərin operativ cavablandırılması təmin edilir.

Bu ilin ilk 3 ayında DSMF-yə daxil olan 1030 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 652 müraciət göndərilib ki, bunların da 613-ü Rusiyadan gəlib. Müraciətlərin mövzusu ümumilikdə vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yer Тürkiyənindir. Qardaş ölkədən Fonda 66 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının təmin olunması məqsədilə konkret tədbirlərin görülməsi istiqamətindədir. DSMF-yə daxil olan digər 312 müraciət isə digər xarici ölkələrin payına düşür.

Tarix
2015.04.21 / 12:12
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla