Yuxarı

Koreyalılar 260 köçkünə pulsuz xidmət göstərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koreyalılar 260 köçkünə pulsuz xidmət göstərdi

Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə Füzuli rayonunda məcburi köçkünlər üçün "Sabaha sağlam ruhla" adlı yeni layihə həyata keçirilib.

Axar.az xəbər verir ki, layihəyə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Füzuli rayon İcra Hakimiyyəti dəstək verib.

Layihənin ilk tədbirində Kyung Hee Universitetinin Bakıda - SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının əməkdaşları və koreyalı həkim-professorlar və fizioterapevt tərəfindən 260 nəfər məcburi köçkünə könüllü tibbi xidmət göstərilib. 2 gün ərzində osteoxondroz, iflic, artrit, revmatizm, əzələ ağrıları və s. bu kimi xəstəliklərdən əziyyət çəkənlərin müayinəsi ilə bərabər, hər bir pasiyentə içərisində 13 növ Koreya dərmanları olan bağlamalar paylanılıb.

Səfər çərçivəsində Koreya Respublikasının səfiri Çoi Suk İn və SEBA Assosiasiyasının sədri xanım Ruhəngiz Heydərova məcburi köçkünlərin məskunlaşdığı Zobucuq 2 qəsəbəsi ilə tanış olaraq bir ailəyə baş çəkib və həmin ailəyə Səfirlik tərəfindən elektrik ətçəkən maşın, SEBA Assosiasiyası tərəfindən isə paltaryuyan maşın hədiyyə olunub.

Layihə çərçivəsində 60 nəfərdən ibarət, 3-5-ci sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirilib. Müsabiqə iştirakçıları Səfirlik və Azərbaycanda fəaliyyət göstərən Koreya şirkəti "Halla" Korporasiyası tərəfindən məktəbli çantaları və dəftərxana ləvazimatları ilə mükafatlandırılıblar.

Qeyd edək ki, "Sabaha sağlam ruhla" layihəsi Koreya və Azərbaycan arasında qarşılıqlı anlaşma və inam əsasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyır. Layihənin bu il Azərbaycanın daha iki rayonunda da həyata keçirilməsi nəzərdə tutulur.

Tarix
2015.04.21 / 17:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

MSK toplanır: Bu deputatın mandatına xitam verilir!

Azərbaycan, İran və Rusiya rəsmiləri Astaraçay körpüsündə

Tramp Əliyevdən soruşdu, çünki tanımır... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla