Yuxarı

Bu avtomobillər tıxaclar yaradır - BNA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt yollarında günün pik və qeyri-pik saatlarında tıxac və sıxlıq hallarının yaranmasının bir səbəbi də nasaz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qalmasıdır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Axar.az-a verilən məlumata görə, son aylar bu hal özünü daha qabarıq formada göstərməkdədir.

Gün ərzində əsas nəqliyyat yükü olan kuçə və prospektlərdə ən az 2-3 belə hal müşahidə olunur:

“Hər bir nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması digər avtomobillərin hərəkətində ləngimələrə səbəb olur ki, nəticədə tıxac və sıxlıq halları qaçılmaz olur. Bu zaman ən çox əziyyəti isə ictimai nəqliyyat istifadəçiləri çəkirlər. Metronun fəaliyyət göstərmədiyi sərt karantin zamanı bu cür halların olması vəziyyəti daha da çətinləşdirirdi.

Ötən gün H.Əliyev və Z.Bünyadov prospektlərində, R.Behbudov küçəsində nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması ilə bağlı hal müşahidə olunub. Sentyabrın 20-i axşam saatlarında Bakı-Sumqayıt şossesində müşahidə olunan belə hal şimal istiqamətində şəhərə girişdə ciddi çətinliklər yaradıb. Eyni vəziyyət bu gün səhər də qeydə alınıb.

Bunu nəzərə alaraq sürücülərə tövsiyə edirik ki, texniki baxımdan nasaz vəziyyətdə olan avtomobillə yola çıxmaqdan çəkinsinlər. Nəqliyyat vasitəsinin texniki vəziyyətini daim nəzarət saxlasınlar”.

Tarix
2020.09.22 / 09:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla