Yuxarı

Tanınmış şirkətdən şəhid ailəsinə dəstək - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs imzalandıqdan bəri sərhəddə atışmalar, atəşkəsin pozulması, düşmənin təxribatları adətən işğal olunmuş ərazilərdə baş verirdi. Bu ilin iyul ayında isə düşmən gözlənilmədən Azərbaycan - Ermənistan sərhədində yerləşən Tovuz rayonunun Ağdam kəndini atəşə tutdu. Daha sonra ağır artilleriya atəşləri Tovuzun digər sərhəd kəndlərinə də yönəldi. Ordumuz düşməni layiqli zərbə ilə geri oturtsa da, hərbçilər və dinc sakinlər arasında şəhid olanlar, yaralılar oldu.

Həmin günlərdə xalq öz Ordusunun arxasında durdu. Hər kəs bir yolla dəstək olmağa çalışdı. Könüllü döyüşə qatılmağa can atmaqdan tutmuş əsgərə ərzaq daşımağa qədər... Təbii ki, hər zaman olduğu kimi, şəhid ailələri də yaddan çıxmadı. Dövlətin dəstəyi ilə yanaşı, iş adamları, müxtəlif sahələrdə çalışan şəxslər şəhid ailələrinə baş çəkdi, maddi və mənəvi cəhətdən dəstək oldu.

Axar.az xəbər verir ki, bu dəstək hələ də davam edir.

Əldə etdiyimiz məlumatlara görə, Tovuz döyüşlərində şəhid olmuş gizir Yaşar Babayev və baş əsgər Elşad Məmmədovun ailəsini Azərbaycanda gigiyena məhsulları və uşaq bezləri sektorunun aparıcı şirkətlərindən olan VƏLİOĞLU-2018 öz məhsulları ilə ödənişsiz təmin edəcək.

Belə ki, şirkət şəhid Yaşar Babayevin qızı Narin Babayevanın və şəhid Elşad Məmmədovun Məhəmməd adlı 7 aylıq övladının gigiyena məhsullarını ("Predo" bezləri, nəm salfetləri, uşaq şampunları), həmçinin ailəni "Predo" yuyucu tozları, "Kris" sabunları və "Lexi" şampunları kimi məhsulları ilə təmin edəcək.

Şirkət haqqında araşdırmamız zamanı bəlli oldu ki, şirkət 2018-ci ildən "Predo" uşaq bezləri və "Baxım lexi" şampunları, "Kris" sabunları məhsullarının satışı və rəsmi distribütorluğu ilə məşğuldur. 2 ildir fəaliyyyət gösdərməsinə baxmayaraq, şirkət bir çox xeyriyyə tədbirlərində aktiv iştirak edib, amma bunu ictimaiyyətləşdirməyib.

Belə həssas məqamda öz dəstəyini əsirgəməyən hər kəsə olduğu kimi, VƏLİOĞLU-2018 şirkətinə də belə bir rəqabətli sektorda, ticari sahədə öncəliyinin insanlara ən yaxşı şəkildə xidmətin olması, həmçinin də humanist, sosial duyarlılığı ilə ölkə iqdisadiyyatına olan dəstəyinə görə xüsusi təşəkkür düşür.

Tarix
2020.09.22 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla