Yuxarı

Ali məktəblərə imtahansız qəbul olunanların - Sayı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali məktəblərə imtahansız qəbul olunanların - Sayı

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanlar haqqında məlumat yayıb.

DİM-dən Axar.az-a verilən məlumata görə, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olanlar artıq ixtisas seçimi ediblər. Belə ki, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 10 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara qəbul olunub. Respublika fənn olimpiadasının qalibi olan 10 nəfər isə müvafiq fənnə aid seçə biləcəyi ixtisaslara müsabiqədənkənar qəbul olmaqdan imtina edib və qəbul imtahanından topladıqları bal əsasında müsabiqədə iştirak edəcək.

Bundan əlavə, 160 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 30 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Tarix
2020.09.23 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla