Yuxarı

Tikinti sıxlığı göstəricilərinin yolverilən hədləri dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tikinti sıxlığı göstəricilərinin yolverilən hədləri dəyişdi

Nazirlər Kabineti “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədləri aşağıdakı cədvəl üzrə müəyyən edilir:

Ərazi zonaları

Ərazinin tikinti əmsalı

Ərazinin tikinti sıxlığı əmsalı

Yaşayış zonaları

Çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları ,o cümlədən:

yenidən qurulan

orta mərtəbəli çoxmənzilli yaşayış binaları

azmərtəbəli çoxmənzilli yaşayış binaları

mənzilyanı torpaq sahələri olan bloklaşdırılmış yaşayış binaları

həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri

İctimai-işgüzar zona

çoxfunksiyalı tikinti

ixtisaslaşdırılmış ictimai tikinti

İstehsalat zonası

sənaye

elmi-istehsalat

kommunal-anbar

0.4

0.6

0.4

0.4

0.3

0.2

1.0

0.8

0.8

0.6

0.6

1.2

1.6

0.8

0.6

0.6

0.4

3.0

2.4

2.4

1.0

1.8

Qeyd edək ki, tikinti sıxlığının əsas göstəriciləri aşağıdakılardır:

- ərazinin tikinti əmsalı - bina və qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan

nisbəti;

- ərazinin tikinti sıxlığı əmsalı - bina və qurğuların bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti.

- Yaşayış və ictimai-işgüzar zonalar üçün ərazinin tikinti və tikinti sıxlığı əmsalları məhəllənin bütün ərazisi üçün zəruri olan xidməti idarə və müəssisələr, qarajlar, avtomobil duracaqları, yaşıllıqlar, meydançalar və digər abadlıq obyektləri nəzərə alınmaqla verilmişdir.

İstehsalat zonası üçün bu əmsallar istehsalat tikintisi (bir və ya bir neçə obyektlər) olan məhəllələr üçün verilmişdir.

- Ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən mərtəbələrin sahələri binanın xarici ölçüləri ilə müəyyən edilir. Bu zaman yalnız yerüstü mərtəbələr (mansarda mərtəbəsi daxil olmaqla) nəzərə alınır. Bina və qurğuların yeraltı mərtəbələri nəzərə alınmır.

- Məhəllələrin sərhədləri qırmızı xətlə tənzimlənir.

- Yaşayış və ictimai-işgüzar zonaların formalaşmış mövcud məhəllələrinin yenidən qurulması zamanı (mansardaların, mərtəbələrin artırılması da daxil olmaqla), bu məhəllələrin əhalisi üçün tələb olunan xidməti idarə və müəssisələr nəzərdə tutulmalıdır. Xidmət radiuslarına riayət edilməklə, qonşu məhəllələrdəki xidməti müəssisələr (məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) nəzərə alına bilər.

- Mövcud yaşayış zonalarında ərazilərin yenidən qurulması zamanı yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri, tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar3 epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraiti təmin edilməklə, ərazinin tikinti əmsalı 0,6-dan artıq olmamaq şərtilə, tikinti və tikinti sıxlığı əmsalının 30 faizdən çox olmayaraq artırılmasına yol verilir.

Ayrıca yerüstü qaraj binasının ümumi sahəsinin 25%-ə qədərinin digər sahibkarlıq məqsədləri üçün istifadəsinə yol verilir.

Tarix
2020.09.25 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla