Yuxarı

Ermənilər Tərtəri atəşə tutdu: ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Tərtəri atəşə tutdu: ölən var

Ermənistan silahlı qüvvələri dinc əhali və mülki obyektləri intensiv şəkildə atəşə tutmaqda davam edir.

Axar.az Report-a istinadla xəbər verir ki, düşmənin növbəti dəfə atdığı top mərmiləri Tərtər rayonunun mərkəzində bir neçə evə düşüb, nəticədə rayon sakini, 1959-cu il təvəllüdlü Ayna Mehdiyeva həlak olub.

Top mərmilərindən biri isə Tərtər Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına düşüb, yaşayış evlərinə ciddi ziyan dəyib.

Bu gün ərzində rayonun mərkəzinə və kəndlərinə ümumilikdə Ermənistan silahlı qüvvələri tərəfindən 10-dan çox top mərmiləri atılıb.

Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirməkdədir.

Qeyd edək ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

Tarix
2020.09.29 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla