Yuxarı

Cəbhə zonasında bir neçə kənd qazla təchiz olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbhə zonasında bir neçə kənd qazla təchiz olundu

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə bağlı olaraq uzun müddət qaz təchizatı dayandırılmış bəzi yaşayış məntəqələrinə qazın verilişi bərpa edilməkdədir.

Azəriqaz İB-dən Axar.az-a verilən məlumata görə, Tərtər rayonu üzrə artıq 30 kənd qazla təchiz olunub, yalnız Tərtər şəhəri və 21 kəndin qaz təchizatında məhdudiyyət qalmaqdadır.

O cümlədən, Füzuli rayonu üzrə də qaz alan yaşayış məntəqələrinin sayında artım var. Rayonun 38 yaşayış məntəqəsinə təbii qaz verilib, 2 yaşayış məntəqəsində isə qaz təchizatı məhdudlaşdırılıb. Ağdam rayonu üzrə 14 yaşayış məntəqəsi təbii qazla təmin edilib, digərlərində məhdudiyyət qalmaqdadır.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı isə 27.09.2020-ci il tarixindən məhdudlaşdırılıb. Beyləqan və Bərdə rayonlarında hazırda qaz təchizatı tam olaraq bərpa olunub.

Tarix
2020.10.16 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla