Yuxarı

Ermənistan və Dağlıq Qarabağda demoqrafik vəziyyət...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan və Dağlıq Qarabağda demoqrafik vəziyyət...

Beynəlxalq hesabatlar və rəsmi statistik məlumatlar Cənubi Qafqaz ölkələri arasında ən az əhaliyə malik olan Ermənistanın ciddi demoqrafik böhranla üzləşdiyini göstərir. 100 il əvvəlki və hazırkı demoqrafik göstəricilərin müqayisəli təhlili, ölkənin gələcək dövrü üçün neqativ proqnozlara əsas verir.

Sosial Tədqiqatlar Mərkəzindən Axar.az-a verilən məlumata görə, Ermənistanda əhalinin azalma tendensiyası 1988-ci ildən etibarən azərbaycanlıların bu regiondan məcburi çıxarılması ilə başlayır. Bu ölkədə aparılan təhlillər həmin dövrdən etibarən əhali artımının ən az 2 dəfə azaldığını göstərir. Hazırda isə ermənilər 100 il əvvəl işğalçılıq və soyqırım siyasəti ilə ələ keçirdikləri torpaqları tərk edib başqa ölkələrə axın edirlər. Hər il əhalisinin ən az 1%-nin ölkəni tərk etməsi bu ölkə üçün kifayət qədər ciddi göstərici hesab olunur.

BMT-nin məlumatlarına əsasən hər hansı ölkədə mövcud yaşlı əhali ümumi əhalinin 7%-ni təşkil etdikdə, həmin ölkə yaşlı əhaliyə malik ölkə hesab olunur. Rəsmi məlumat və proqnozlar Ermənistanda əhalinin 12%-dən çoxunun yaşlı olduğunu və bu göstəricinin 2020-2024-cü illər ərzində 20%-ə yüksələcəyini göstərir.

Dağlıq Qarabağdan məcburi köçürülən azərbaycanlılar ümumilikdə Qarabağ əhalisinin 85%-ni təşkil etdiyi halda, hazırda orada məskunlaşan ermənilər Qarabağ əhalisinin cəmi 15%-ni təşkil edir. Dağlıq Qarabağ və ətraf rayonlardakı mövcud böhranlı demoqrafik vəziyyət qondarma respublikanın öz statistikalarında təsdiqini tapır. Statistik göstəricilərin təhlili Dağlıq Qarabağ və ətraf rayonlarda əhalinin təbii artımının hər il azaldığını, gender balansının pozulduğunu, emiqrasiyanın sürətləndiyini göstərir.

Evlənmə və boşanma statistikasındakı qeyri-mütənasib əlaqə, nikah vəziyyətindəki böhranın göstəricisidir. Eyni zamanda yaş qruplarının təhlili orta yaşlı nəslin üstünlük təşkil etdiyini aydın göstərir. Beynəlxalq təşkilatlar Qarabağda məskunlaşan ermənilərin orta yaş göstəricisinin yaxın gələcəkdə daha da yüksələcəyini proqnozlaşdırır.

Tarix
2020.10.16 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla