Axar.az
Yuxarı

Nazir bu şəxslərə erməni təxribatından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə naziri, Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə Rəhbəri Samir Şərifov BVF və Dünya Bankının İllik Toplantıları çərçivəsində videokonfrans formatında təşkil olunmuş Azərbaycan Respublikasının da daxil olduğu Səsvermə Qrupunun iclasında iştirak edib.

Maliyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycanla yanaşı sözügedən qrupa daxil olan İsveçrə, Polşa, Serbiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanın, həmçinin IMF və Dünya Bankının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda COVİD-19 pandemiyasının qlobal iqtisadiyyatda, əl-əlxüsus üzv ölkələrin iqtisadiyyatlarında yaratdığı problemlər və bu problemlərin həlli istiqamətində BVF və Dünya Bankı tərəfindən həyata keçirilmiş dəstək tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələrdə pandemiyanın neqativ təsirlərinin azaldılması və bərpa prosesinin sürətləndirilməsi üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

İclasda çıxış edən S.Şərifov Qrupa daxil olan ölkələrin, IMF və Dünya Bankının nümayəndələrini sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı məlumatlandırıb. Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı həyata keçirilən genişmiqyaslı hərbi təcavüzün hazırki pandemiya şəraitində müharibəyə səbəb olduğunu qeyd edən nazir bildirib ki, mənfur hücum nəticəsində bir sıra şəhərlər, kəndlər və digər yaşayış məntəqələri intensiv olaraq iriçaplı silahlardan, minaatanlardan, müxtəlif çaplı artilleriya qurğularından, ballistik raketlərdən atəşə tutulması nəticəsində çoxlu sayda mülki şəxs həlak olub, evlər, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur dağıdılıb.

O, xüsusi vurğulayıb ki, dayanıqlı sülhün əldə edilməsi üçün 30 ilə yaxındır davam edən erməni işğalına son qoyulmalı, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməli və Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Qeyd edilib ki, yalnız bu əsaslar üzərində regionda dayanıqlı və davamlı sülh bərqərar olunacaq, Azərbaycanlı məcburi köçkünlər doğma torpaqlarına qayıdacaq, Azərbaycan xalqı ilə erməni xalqının Dağlıq Qarabağda birgə yaşaması üçün şərait yaradılacaq.

Maliyyə naziri həmçinin IMF və Dünya Bankı tərəfindən üzv ölkələrə pandemiyanın mənfi təsirlərinin qarşısının alınmasında göstərilən operativ və adekvat dəstəyi təqdir edib, onun qlobal iqtisadi böhranla mübarizəyə töhfə verəcəyinə əminliyini ifadə edib.

S.Şərifov ölkəmizin BVF və Dünya Bankı ilə əməkdaşlığını uğurla davam etdirdiyini bildirərək hər iki qurum tərəfindən həyata keçirilən texniki dəstək proqramlarının fiskal və monetar siyasət çərçivələrinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Tarix
2020.10.16 / 15:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Makdonalds”dan Azərbaycana dəstək - Foto

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralanıb

Teledərslərin sabaha olan cədvəli açıqlandı

NK-dan qərar: Bu agentliyin səlahiyyətləri artırıldı

Ermənistan vətəndaşlarını təhvil almaq istəmir - Foto

Düşmən atəşkəs rejimini dəfələrlə pozub - MN

Erməni vandalizminə qarşı bu ölkədə də aksiya keçirildi

FHN açıqladı: Bərdədə 5 ev dağılıb

Ermənistan Bərdəyə raket atdı: 4 ölü, 13 yaralı - Foto

Prokurorluqdan Bərdəyə hücumla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla