Yuxarı

Polşada erməni təxribatı: Atəş açıldı... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polşada erməni təxribatı: Atəş açıldı... - Foto

Polşanın Katovitse şəhərində vətənpərvər azərbaycanlı gənclərin təşəbbüsü ilə Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilib. Aksiyada soydaşmızla yanaşı milliyətcə polyak olan şəhər sakinləri də iştirak edib və erməni terroruna yox deyiblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, aksiya yekunlaşan anda ermənilər soydaşlarımıza qarşı təxribat törədib, onlara hücum çəkərək fiziki güc tətbiq ediblər. Yaranmış qarşıdurma zamanı ermənilər azərbaycanlılara pnevmatik silahlardan atəş açıblar.

Təxribatla bağlı polisə müraciət olunub, araşdırma aparılır. Bizdə olan məlumata görə, azərbaycanlılara qarşı təxribat törədən ekstremist ermənilərdən 3 nəfəri saxlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsi baş vermiş hadisəni və soydaşlarımızın vəziyyətini diqqətdə saxlayır. Onlara lazm olan bütün hüquqi və digər yardımlar göstəriləcək.

Komitə bir daha soydaşlarımızı keçirilən dinc aksiyalar zamanı erməni təxribatlarına uymamağa çağırır. Onların məqsədləri təxribat törətmək və azərbaycanlıları provakasiyalara çəkməkdir.

Tarix
2020.10.23 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

İlham Əliyev Qaradağda... - Foto

Nazir Azərbaycanın yardımları ilə bağlı maraqlı faktı açıqladı

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla